Kart böyüklüyündə komputer

Dünyada maraqlı komputer istehsal olunub. SİA-nın verdiyi məlumta görə, "Raspberry Pi" adlanan bu kompüter korpussuz olmaqla bərabər kredit kartı böyüklüyündədir. Kompüter "ARM" arxitekturasında işləyən 700 MHs takt tezlikli prosessor, yaddaş kartları slot və qulaqcıqlar üçün konnektorla təchiz olunub. "Raspberry Pi" kompüterinin böyük modeli 2012-ci il fevralın sonunda satışa çıxarılıb. Onun qiyməti 35 dollardır. "Raspberry Pi" layihəsinin təşəbbüskarı Britaniyanın "Raspberry Pi Foundation" xeyriyyəçilik fondudur.

Qeyd edək ki, 2012-ci ilin fevralından etibarən 1 milyondan çox qurğu satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə