ABŞ-ın Apple şirkəti 128 giqabaytlıq daxili yaddaşa malik iPad planşet kompüterini təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl iPad-in yalnız 16, 32 və ya 64 giqabayt yaddaşlı modelləri istifadəçilərin ixtiyarında olub.
Planşet yeni işıq üzü görən iOS 6.1 əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Qurğu dördüncü nəsil iPad modellərinə aid olmaqla 23 oktyabr 2012-ci ildə təqdim edilən planşetlər kimi eyni texniki xüsusiyyətlərə (ekran, prosessor, operativ yaddaş və s.) malikdir.
Fevralın 5-də satışa çıxarılacaq 128 giqabaytlıq iPad-in Wi-Fi modullu versiyasının qiyməti ABŞ-da 799 dollar, Wi-Fi və mobil şəbəkə modullu versiyanın qiyməti isə 929 dollar təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB