Sensorlu telefonunuzu əlcəklə idarə edin

Sensorlu telefonunuzu əlcəklə idarə edin

ABŞ-ın Nyu York ştatında sensor ekran telefon və planşet istifadəçilərini üşüməkdən qoruyacaq əlcəklər hazırlanıb. SİA-nın xəbərinə görə, sensor xüsusiyyətli əlcəklər bahalı olsa da qışda əllərinizi soyuqdan qoruyacaq və onunla telefonunuzu istifadə edə biləcəksiniz. Bu əlcəkləri ekranlara uyğun hala gətirmək üçün nano texnologiyadan istifadə edilib. Quzu dərisindən hazırlanan əlcək insan dərisini əvəz edə bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə