"Sony" ofisini satır

"Sony" Kompaniyasının işləri qəfil pisləşdi. SİA-nın məlumatına görə, o, televizor bazarındakı mövqelərini artıq itirmək üzrədir. Amma kompaniyanın ümumi vəziyyətinə mənfi təsir göstərən amil təkcə bu deyil. Belə ki, yeni "PlayStation" 4 seriyasının istehsalı barədə hələ ki, cüzi də olsa xəbər yayılmayıb. Bütün bunlarla əlaqədar olaraq, kompaniya özünün Nyu-York şəhərində yerləşən baş qərargahını satmalı olacaq və güman edilən məbləğ 1,1 milyard dollardır.

Həmçinin kompaniya vəziyyəti stabilləşdirmək üçün 10 000-ə yaxın əməkdaşı ixtisar etməyi planlaşdırır. Bütün sövdələşmələri imzaladıqdan sonra yapon elektronika nəhəngi 770 milyon dollar əldə edəcək. Nyu-York baş qərargahının satışından sonra da kompaniyanın "Sony Music Entertainment" kimi bəzi bölmələri orada hələ daha üç il fəaliyyət göstərəcək.

Qeyd edək ki, belə dəyişikliklər "Sony" Kompaniyasının yalnız xeyrinədir, çünki qazanılan vəsaitlər yeni faydalı qurğuların istehsalına yönələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə