...Unikal Ferrari HF355 idman motosikleti ABŞ-da satılıb. Qeyri-adi motosiklet 500.000 dollara başa gəlib. Xüsusi hazırlanmış Ferrari HF355 motosikleti birdəfəlikdir və onun istehsalı planlaşdırılmır.
SİA-nın məlumatına görə, motosiklet Ride Apart veb saytında nümayiş olunub.
Bu unikal Ferrari idman motosikleti 2025-ci ildə Los-Ancelesdə yaşayan dizayner və tüninqçi Maksvell Hazan tərəfindən yaradılıb.
Mühərrik 1990-cı illərin Ferrari F355 superkarından götürülüb.
Yüksək fırlanma sürətinə malik 3,5 litrlik V8 mühərriki tənzimlənib və 8500 dövr/dəqiqədə gücünü 400 at gücünə çatdırıb.
Motosikletin maksimal sürəti saatda 301 km-dir. Motosiklet birdəfəlikdir. Yeni Ferrari HF355 karbon lifli örtüklərlə təchiz olunub, lakin mühərrik açıq qalıb.
Bundan əlavə, ənənəvi motosiklet çərçivəsi olmadığı üçün çərçivənin struktur hissəsi kimi xidmət edir. Ön tərəfdə aerodinamik elementlər var.
Karbon lifindən istifadə olunmasına baxmayaraq, idman motosikleti 265 kq-lıq çəki ilə olduqca ağırdır.
Lakin əlavə çəki güclə kompensasiya olunur: kiloqram başına 1,5 at gücü. Maksimal sürət 301 km/saatdır.
Bundan əlavə, Ferrari HF355 motosikleti Ohlins tərəfindən tənzimlənən asqıya malikdir. Brembo əyləcləri lazımi əyləc gücünü təmin edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB