…Sentyabrın 1-də Jaguar Land Rover konserni ciddi kiberhücumla üzləşdi. Nəticədə bütün dünyada istehsal prosesləri və logistika pozulub. Üstəlik, təchizatçılar və dilerlərlə iş dayandırılıb.
SİA-nın məlumatına görə, Birmingem Universitetinin biznes iqtisadiyyatı professoru David Bailey şirkətin gündəlik itkisini 5 milyon funt sterlinq qiymətləndirir.
Mütəxəssislər bəzi təchizatçıların mümkün müflisləşməsi barədə xəbərdarlıq edirlər.
Aston Martin-in keçmiş rəhbəri Endi Palmer bildirib ki, 2 həftəlik fasilələr kütləvi ixtisarlara səbəb ola bilər. Siyasətçilər və ictimai xadimlər, pandemiya zamanı olduğu kimi, subsidiyalar və müvəqqəti məzuniyyət də daxil olmaqla, sənayeni dəstəkləmək üçün tədbirlər görməyə çağırdılar. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlasalar da, hələlik problemin həllini tapmayıblar.
Jaguar Land Rover yaxın günlərdə işin bərpası ilə bağlı yenilik təqdim edəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə