"Tanrı Argentinaya kömək edəcək"

"Tanrı Argentinaya kömək edəcək"

Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçiriləcək DÇ-2022 barədə danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, 35 yaşlı hücumçu mundialda sona qədər mübarizə apracaqlarını söyləyib:

“Həmişə olduğu kimi, mühüm yarışlardan əvvəl eyni şeyi deyirik. Mən sizin sevginiz üçün minnətdaram. Mən də sizin kimi həyəcanlıyam. Biz həmişə olduğu kimi, əlimizdən gələni edəcəyik və qələbə üçün mübarizə aparacağıq. Təslim olmayacağımıza əminəm. Tanrı Argentinaya kömək edəcək”.

Qeyd edək ki, Argentina millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Meksika, Səudiyyə Ərəbistanı və Polşa ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə