Zəfər Gününə həsr olunmuş zona yarışı keçiriləcək - ANONS

Zəfər Gününə həsr olunmuş zona yarışı keçiriləcək - ANONS

Noyabrın 7-də Gəncə Olimpiya İdman Kompleksində həndbol üzrə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına start veriləcək. SİA xəbər verir ki, Zəfər gününə həsr olunan turnirdə Gəncə, Mingəçevir, Şirvan və Göygölü təmsil edən komandalar mübarizə aparacaqlar.

Noyabrın 9-dək davam edəcək yarışlar Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.

Qalib gələn komandalar gələn il Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə