"Federasiyalar tərəfindən ölkəmizə qarşı böyük bir etimad var" - QURUM RƏSMİSİ DANIŞDI
“Azərbaycanda cüdo sevilən idman növlərindən biridir”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.
Qurum rəsmisi qeyd edib ki, ölkəmizdə keçirilən növbəti paracüdo üzrə dünya çempionatı idmanın inkişafı baxımından mühüm məsələdi: “Azərbaycan para cüdo idman növü daimi öz nəticələri ilə bizi sevindirir. Bu idman növündə bizdə Olimpiya və Dünya, Avropa çempionlarımız var. İdman həmçinin fiziki məhdudiyyəti olan insanlara belə böyük bir stimul verir. Azərbaycan hazırda beynəlxalq yarışlara ev sahibliyi edir. Bütün bunlar da bir daha onu sübut edir ki, beynəlxalq idman federasiyaları tərəfindən ölkəmizə qarşı böyük bir etimad var. Ölkəmiz iqtisadi, siyasi və s. digər sahələrlə yanaşı eyni zamanda idman sahəsində də irəlidədir. Bu kimi beynəlxalq yarışların ölkəmizdə keçirilməsi eyni zamanda idmançılarımızın şəxsi təcrübələrinin artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB