Nazir Macarıstanın səfirini qəbul edib

Nazir Macarıstanın səfirini qəbul edib

Noyabrın 4-də gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı qəbul edib. SİA-nın verdiyi məlumata görə, qonağı salamlayan nazir Fərid Qayıbov ona ölkəmizdəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.

Görüşdə iki ölkə arasında gənclər siyasəti və idman məsələləri sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanla Macarıstan arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübailəsi aparılıb.

Qəbulda Səfirliyin birinci katibi Monika Felföldi də iştirak edib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə