Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb

"Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir. SİA-nın məlumatına görə, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin ikinci günündə daha 4 oyun keçirib.

Günün ilk görüşündə (5-ci turda - red.) almaniyalı Vinsent Keymer ilə qarşılaşan Şəhriyar qara fiqurlarla məğlub olub. 6-cı turda Məmmədyarovun rəqibi hindistanlı Aditya Mittal olub. Ağ fiqurlarla oynayan Azərbaycan təmsilçisi qalib gəlib.

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb Riçard Rapportla qarşılaşan "Şah" bu dəfə də qələbə qazanıb. Günün sonuncu, turnirin isə 8-ci turunda yenə ağ fiqurlarla, bu dəfə ispan Anton Quyixarro ilə üz-üzə gələn Məmmədyarov günü qələbə ilə başa vurub. Beləliklə, Azərbaycan qrossmeysteri 8 oyundan sonra 16 xal toplayıb.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə