Misli Premyer Liqasında 10-cu tur davam edir.
SİA Qol.az-a istinadən xəbər verir ki, 2-ci oyun günündə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. "Turan Tovuz" "Səbail"i qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Günün digər görüşündə "Zirə" "Sabah"ın qonağı olacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
15 oktyabr (şənbə)
15:00. “Turan Tovuz” – “Səbail” - 2:2
Qollar: Runi Eva, 9-pen (1:0), Mazurek, 12 (1:1), Okebuqvu Henri, 32 (2:1), Ağabala Ramazanov, 54 (2:2)
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu
17:30. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov
“Bank Respublika Arena”
16 oktyabr (bazar)
15:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu
17:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Azersun Arena”
14 okyabr
“Şamaxı” – “Qəbələ” - 1:1
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 8 | 8 | 0 | 0 | 25-6 | 24 |
| 2 | Sabah | 9 | 7 | 1 | 1 | 22-7 | 22 |
| 3 | Neftçi | 9 | 6 | 1 | 2 | 17-9 | 19 |
| 4 | Zirə | 9 | 5 | 1 | 3 | 13-16 | 16 |
| 5 | Qəbələ | 10 | 5 | 1 | 4 | 14-10 | 16 |
| 6 | Turan Tovuz | 9 | 3 | 3 | 3 | 8-10 | 12 |
| 7 | Səbail | 10 | 2 | 3 | 5 | 11-14 | 9 |
| 8 | Kəpəz | 9 | 1 | 1 | 7 | 6-23 | 4 |
| 9 | Sumqayıt | 9 | 0 | 4 | 5 | 1-11 | 4 |
| 10 | Şamaxı | 10 | 0 | 3 | 7 | 5-16 | 3 |
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 7 qol
Musa Qurbanlı ("Qarabağ") - 7 qol
Coy Lens Mikels ("Sabah") - 6 qol
Runi Eva ("Turan Tovuz") - 4 qol
Ağabala Ramazanov ("Səbail") - 4 qol
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB