İlk rəsmi oyun, ilk qələbə, ilk qol

Azərbaycan Premyer Liqasın ilk turunda "Sumqayıt"la görüş "Sabah"ın bir neçə futbolçusu üçün əlamətdar olub.

SİA Qol.az-a istinadən xəbər verir ki, yeni transferlərimiz – Abdulaye Ba, Con İrasabal, Tellur Mütəllimov, Namik Ələskərov, Anatoli Nuriyev, Emmanuel Apeh və Davit Volkov “Sabah”da ilk rəsmi oyunlarını keçiriblər. Anatoli həm də, "Sabah"ın heyətində ilk rəsmi matçında ilk qoluna imza atıb.

Kristian Sebalyosun matçda son nöqtəni qoyduğu qol isə Premyer Liqa tarixinin yubiley – 13000-ci qolu olub.

Qeyd edək ki, görüş "Sabah"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə