"2022-ci ildə pozuntuların sayı kəskin artıb" - AMADA-NIN RƏHBƏRİ AÇIQLADI

"2022-ci ildə pozuntuların sayı kəskin artıb" - AMADA-NIN RƏHBƏRİ AÇIQLADI

"Çox təssüf ki, 2022-ci ildə antidopinq pozuntuları çoxalıb. Düzdür, idmandakı uğurlarımızın sayı artır. Lakin pandemiya dövrünü götürsək belə ondan əvvəlki illərə nəzər saldıqda görürük ki, pozuntuların sayı getdikcə artır". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlmasında AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib.

Onun sözlərinə görə, maarifləndirmə istiqamətində bir sıra yeni bir lahiyələr var: "Bu lahiyələr idmançıları, məşqçiləri hətta idmançıların valdeyinlərini belə əhatə edən bir proqramdır. Antidopinqdə maarifləndirmə məsələləri çox ciddi bir haldır. 6 ay ərzində biz təqribən 1500 idmançını əhatə edən proqram hazırlamışıq. Bu proqramın tərkibində təkcə idmançılar deyil hətta məşqçilərdə var".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə