Praqada Yeniyetmə və gənclərin növbəti Avropa çempionatı başlanıb

Praqada Yeniyetmə və gənclərin növbəti Avropa çempionatı başlanıb

Çexiya Respublikasının paytaxtı Praqada Yeniyetmə və gənclərin növbəti Avropa çempionatı başlanıb. SİA xəbər verir ki, 17-19 İyun tarixlərində yarışın ilk günü kata üzrı bütün yaş qrupları və kumite üzrə 14-15 yaşlı yeniyetmələrin ilkin nəticələri məlum olacaq.

Kata çıxışlarında Turan Əhmədzadə və Ramilə Heydərova (14-15 yaşlı yeniytetmələr) və Həsənəli Həsənov (21 yaşadək gənclər), kumite yarışında isə Fərid Hacızadə (-52 kq), Alsan Dostuyev (-57 kq), Mirzə Həmidbəyli (-63 kq), Rəşid Süleymanov (-70 kq), Rahib Əzim (70+ kq), Fatima Məmmədova (-47 kq), Sabina Fərzəli (-54 kq) və Sofiya Hüseynli (54 kq) mübarizə aparacaq.

16-17 yaşlı gənclər və 21 yaşadək gənclərin ilkin yarışları şənbə günü, bütün yaş dərəcələri üzrə medal görüşləri isə bazar günü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə