"Neftçi” baş məşqçisi Samir Abasovla yollarını ayırıb.
SİA Matç.az-a istinadən xəbər verir ki, bu barədə paytaxt klubunun Müşahidə Şurasının bu gün baş tutan iclasında qərar qəbul olunub.
Samir Abasovla müddəti bitən müqavilənin yenilənməməsi qərara alınıb. O, 2020-ci ilin noyabr ayından “Neftçi”ni çalışdırırdı. Abasov “ağ-qaralar”a ötən mövsüm ölkə çempionluğunu yaşadıb.
“Neftçi”nin yeni baş məşqçisinin əcnəbi olması gözlənilir. Namizədlər arasında Viktor Qonçarenko və Yuri Vernidubun adları hallanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB