Bakı Şəhər Halqası yarış öncəsi media üçün seminar keçirib - FOTOLAR

Bakı Şəhər Halqası yarış öncəsi media üçün seminar keçirib - FOTOLAR

31 may tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, akkreditasiya prosesi, jurnaist və fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib. SİA xəbər verir ki, seminarda 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi haqqında ümumi məlumat, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi, təhlükəsizlik və Covid-19 qaydaları haqqında məlumat verilib.

Qeyd olunub ki, ümummilikdə 100-ə yaxın yerli media nümayəndəsinin akkreditasiya müraciəti qeydə alınıb. Formula 1 Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2022-ci il Formula 1 yarışları üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası və Formula One Management şirkəti tərəfindən tənzimlənir. Bakı şəhərinin ev sahibliyi etdiyi 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi 10-12 oyub tarixlərində baş tutacaq. Artıq 6-cı olan bu yarış ötən ildən fərqli olaraq tamaşaçıların iştirakı ilə keçiriləcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə