"Borussiya"da yeni baş məşqçi

"Borussiya"nın (Dortmund) yeni baş məşqçisinin adına aydınlıq gəlib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Edin Terziçlə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb. 39 yaşlı mütəxəssis bu vəzifədə Marko Rozeni əvəzləyib. O, bunadək "Borussiya"nın texniki direktoru vəzifəsində çalışırdı.

Qeyd edək ki, Terziç 2018-ci ildən “Borussiya”da (Dortmund) Lüsien Favrın köməkçisi kimi çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...