Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

Futbol üzrə Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

SİA Matç.az-a istinadən xəbər verir ki, bu ada Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının qapıçısı Kevin Trapp layiq görülüb.

32 yaşlı qolkiper Şotlandiya "Reyncers"inə qalib gəldikləri həlledici görüşdə 5 qurtarışla yadda qalıb.

“Ayntraxt” əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan “Reyncers”lə final qarşılaşmasında penaltilər seriyasında qalib olub – 5:4. Məhz Kevin Trappın rəqib futbolçulardan birinin penaltisini dəf etməsi həlledici olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...