Bundesliqa klubunda baş məşqçi istefası

Almaniyanın “Hoffenhaym” klubu baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, 40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bundesliqa təmsilçisi Hönessin başçılığı altında mövsümü 9-cu pillədə başa vurub.

Sebastyan Höness "Bayern” klubunun sabiq prezidenti Üli Hönessin qardaşı oğludur. O, 2020-ci ilin yayından "Hoffenhaym"a rəhbərlik edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə