Fərid Qayıbov Türkiyənin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfirini qəbul edib

Fərid Qayıbov Türkiyənin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfirini qəbul edib

Fevralın 22-də gənclər və idman
naziri Fərid Qayıbov Türkiyə Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağçı və Səfirliyin Ataşesi Nurettin Erdoğanı qəbul edib. SİA-nın verdiyi məlumata görə, görüş zamanı iki qardaş ölkə arasında gənclər və idman sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Nazir qonağa Azərbaycanın idman həyatı, eləcə də dövlətin gənclər siyasəti barədə məlumat verib. Beynəlxalq yarışlara birgə hazırlıq məqsədilə birgə təlim məşqlərin, eləcə də gənclərin təcrübə mübadiləsinin vacibliyi
vurğulanıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə