Kişi voleybolçuları arasında AYL-nin vaxtı və yeri dəqiqləşdirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turların keçirilmə yeri və vaxtı dəqiqləşib. SİA-nın verdiyi məlumata görə, fevralın 23-də VII turun matçları keçiriləcək. Günə saat 15:00 – da “Neftçi” - MOİK qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da “Ekspress” - “Murov” matçı başlayacaq.

Fevralın 27-də isə VIII tur çərçivəsində ilk olaraq meydana “Sərhədçi” və “Neftçi” komandaları çıxacaq. Oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra MOİK - “Ekspress” duelinə start veriləcək.

Hər iki turun oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə