106 yaşlı şəxs uzunömürlü olmasının səbəbini açıqladı

106 yaşlı şəxs uzunömürlü olmasının səbəbini açıqladı

Uzun ömrün sirri həyatın varlığından bəri müzakirə olunan bir mövzudur. Avstraliyalı Gordon Evers isə bu böyük sirrini açmış kimi görünür. SİA-nın verdiyi məlumata görə, yenicə 106 yaşı tamam olan kişi ad gününü qeyd edərkən müsahibə verib və bu müsahibəsində bütün dünyanın maraqlandığı o sirri açıqlayıb.

Onun sözlərinə görə, uzunömürlü olmasının sirri "etdikləri deyil, etmədikləridir". Ağıllı yaşamaq, nizamlı nəfəs almaq, pozitiv düşünmək və ümidlə yaşamağın uzun ömrün təməl elementləri olduğunu söyləyir. Avstraliyanın xəbər kanalı "9 News"a danışan Evers həyatında heç vaxt siqaret və ya spirt istifadə etmədiyini açıqlayıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə