Ekvatorial Qvineya və Misir yığmaları da 1/4 finalda!

Xatırladaq ki, daha öncə Burkina Faso, Tunis, Qambiya, Kamerun, Seneqal və Mərakeş yığmaları 1/4 finala vəsiqəni təmin etmişdi.

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. SİA xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə Fil Dişi Sahili yığması Misir millisi ilə qarşılaşıb. Günün digər matçı isə Mali və Ekvatorial Qvineya yığmaları arasında keçirilib. Hər iki oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Misir və Ekvatorial Qvineya yığmaları 1/4 finala vəsiqə qazanıblar.

Xatırladaq ki, daha öncə Burkina Faso, Tunis, Qambiya, Kamerun, Seneqal və Mərakeş yığmaları 1/4 finala vəsiqəni təmin etmişdi.

Afrika Millətlər Kuboku

1/8 final

26 yanvar

Fil Dişi Sahili – Misir 0:0 (penaltilər 4:5)

Mali – Ekvatorial Qvineya 0:0 (penaltilər 5:6)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...