Ruslan Lunyov Qran-Pri yarışında uğurla çıxış edib

Xorvatiyanın Osijek şəhərində keçirilən ISSF Qran-Pri yarışında Azərbaycan atıcısı Ruslan Lunyov uğurla çıxış edib.

SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyindən bildiriblər ki, idmançımız 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanıb.

Xatırladaq ki, bu medal R.Lunyovun son bir həftədə qazandığı ikinci medaldır. Belə ki, atıcımız yanvarın 15-də Sloveniyanın Ruşe şəhərində keçirilən ISSF Qran-Pri yarışında qızıl medal qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...