Çempion 3 xalı 3 qolla qazandı

Futbol üzrə Fransa çempionatında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. Matc.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

19-cu turdan təxirə salınmış oyunda “Klermon” doğma meydanda “Strasburq”a məğlub olub.

20-ci tur çərçivəsində isə iki görüş keçirilib. Son çempion “Lill” də “Loryan”la ev oyununda inamlı qələbəyə sevinib. “Monpelye” isə “Trua” ilə ev oyununda minimal hesabla uduzub.

Fransa Liqa 1

19 yanvar

19-cu turun oyunu

Klermon – Strasburq 0:2

Qol: Qameyro, 44. Huntondji, 77-öz qapısına.

20-ci turun oyunları

Lill – Loryan 3:1

Qol: Lihadji, 10. Yens, 19-öz qapısına. Mandava, 31 – Soumano, 90+3.

Monpelye – Trua 0:1

Qol: Şavalerin, 74.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...