"Barselona"da yoluxma sayı 10-a çatdı

"Barselona"da yoluxma sayı 10-a çatdı
İspaniyanın “Barselona” klubunda daha üç futbolçunun koronavirusa yoluxduğu üzə çıxıb. SİA xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Son olaraq COVİD-19 testi pozitiv çıxan oyunçular Serjinyo Dest, Filippe Koutinyo və Ez Abdedir. Onların ev şəraitində karantinə alındığı diqqətə çatdırılıb.

Bununla da yanvarın 2-də La Liqa çərçivəsində “Malyorka”nın qonağı olacaq “Barselona”da koronavirusa yoluxanların sayı 10-a çatıb. Daha öncə Kleman Lanqle, Dani Alveş, Jordi Alba, Alexandro Balde, Osman Dembele, Samuel Umtiti və Qavinin COVİD-19 testinin pozitiv çıxdığı açıqlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня