"Barselona" Dembele ilə müqaviləni yeniləməyəcək?

"Barselona" Dembele ilə müqaviləni yeniləməyəcək?

"Barselona" yarımmüdafiəçisi Usman Dembele ilə müqaviləni yeniləməyəcək .

Qeyd edək ki, bu barədə jurnalist Jerar Romero özünün “Tvitter” səhifəsində yazıb. Bildirilib ki, Kataloniya klubu 24 yaşlı oyunçu ilə yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilməyib, danışıqlar nəticəsiz qalıb.

Yeri gəlmişkən bildirək ki, transfer pəncərəsi hələ başlamasa da, "Barselona"nın seçim xidməti artıq gələn yay üçün planlar hazırlayır. İspan jurnalistləri müəyyən ediblər ki, kataloniyalıların prioritet məqsədi komandanın hücum mövqeyini gücləndirmək olacaq.

Bu arada “Sport” qəzeti barsanın niyyətlərinin kifayət qədər iddialı olduğunu yazır. Belə ki, komanda əsas variantları arasında bahalı Erlinq Holann və Duşan Vlahoviç və habelə Almaniya millisinin yüksələn ulduzu Kərim Adeyemi alternativ hesab olunur.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə