Marselo gələcəyi ilə bağlı qərar verdi

Marselo gələcəyi ilə bağlı qərar verdi

"Real"ın müdafiəçisi Marselo yay transfer pəncərəsi zamanı Madrid klubunu tərk etməyi planlaşdırır.

SİA xəbər verir ki, 33 yaşlı müdafiəçi “Fluminense”yə qayıda bilər. Braziliyalı oyunçu məhz bu klubdan 2007-ci ilin yanvarında "Real"a keçib.

Marselo artıq Braziliya təmsilçisi ilə danışıqlar aparır. O, bu klubda futbolçu karyerasını bitirməyi planlaşdırır.

Xatırladaq ki, Marselonun "Real"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə