PSJ Fransa Liqa 1-də qələbəsini davam etdirir. Ötən ilin çempionu "Lill" bu mövsüm lider PSJ-dən 16 xal uzaqda qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünən oynanan qarşılaşmada PSJ-yə 2-1 uduzduğu gecədə Burak Yılmazın asisti ilə 1-0 öndə olan Lille qalib gələ bilməyib. PSJ-də Marquinhos və Di Maria fərqlənib, Lillin yeganə qolunu David vurub. Qarşılaşmaya damğasını vuran məqamlardan biri də Messinin ikinci hissədə oyunu davam etdirməməsi olub.
Argentinalı ulduz ilk 11-də başlasa da, matçdakı zəif çıxışından sonra ikinci hissədə baş məşqçi Poçettino tərəfindən oyundan kənarlaşdırılıb. Messi 46-cı dəqiqədə İkardi ilə əvəzlənib.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB