"Səbail"dən üç yeni transfer

"Səbail" futbol klubu yeni mövsümdə heyətini gücləndirmək üçün transfer işlərini davam etdirir.

SİA xəbər verir ki, yarımmüdafiəçi Ruslan Hacıyevi 1 illik icarəyə götürüb. Bundan başqa, klub 20 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla da 1 illik müqavilə imzalayıb.

Həmçinin, "Səbail" Kosovo "Drita"sından müdafiəçi Camal Araqonu da 1 illik sıralarına qatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə