"Dinamo" sarsıntıdan çıxa bilmir

“Dinamo”nun baş məşqçisi Kaxaber Sxadadze klub rəhbərliyinə müraciət edib. SİA-nın xarici mətbuta istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi”yə məğlubiyyətdən sonra iş yerindən getmək istədiyini ərizəsində göstərib.

Vaxtilə ölkəmizdə “İnter”i çalışdırmış mütəxəssis bu uğursuzluğa görə dərin sarsıntı keçirdiyini bildirib. Sxadadze bəzi futbolçuların onun etimadını doğrultmadığını vurğulayıb.
Tbilisi təmsilçisinin başbilənləri baş məşqçinin istefasını qəbul etməyib. Rəsmilər “Neftçi”yə yenilginin səbəbkarları qismində oyunçuları görüb və Sxadadzeyə islahahatlar aparmaq icazəsi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə