Şvartsman mövsüm üzrə ilk qələbəsini Bakıda qazanıb - BAKI 2021

Titul uğrunda gedən mübarizəyə mövsümün əvvəlində böyük çətinliklə başlasa da, Robert Şvartsman Bakı küçələrindəki performansını tam nəzarətdə saxlayaraq Den Tiktumu 5 saniyə fərqli ilə geridə qoyub və cari mövsüm üzrə ilk qələbəsini qazanıb. Üçüncü yerdə isə Quan Çjou qərarlaşıb. SİA xəbər verir ki, Şvartsmanın ikinci yarış mövsümü ilk 2 mərhələdə plan üzrə getməmişdi. Bir dəfə də olsun podiuma çıxa bilməməsinə və 2 dəfə yarışdan xaric olmasına baxmayaraq “PREMA” komandasının rusiyalı pilotu uğura çatmağa yaxın olduğuna inanırdı.

Şəhər treki üzrə usta pilot, Monakodakı 2-ci sprint yarışının qalibi Den Tiktumun trekə liderlik etməsinə baxmayaraq Şvartsman əks sıralanmadan başlayaraq öz sözünü tuta bilib.

Yarışa 6-cı sırada başlayan ikiqat Makao Qran Pri qalibi ondan öndə hərəkət edən 4 pilotu asanlıqla ötsə də, Şvartsman ilə arasında olan 5 saniyəlik fərqi bağlaya bilməyərək ondan geridə qalıb.

Quan Çjou ilin 4-cü podiumu ilə Formula 2 çempionatının təqviminin ön sıralarında öz yerini qoruyub. Teo Porşare tərəfindən gələn təzyiqlərə baxmayaraq Cehan Daravula 4-cü yerə yüksəlib. Teo özü isə çətin startdan sonra performansını bərpa edərək 5-ci yerdə qərarlaşıb.

Hər şey necə baş verdi?

Məyusedici sıralanmadan sonra Şvartsman komandasının bir gecəyə lazım olan sürəti tapacaqlarından əmin olduğunu demişdi. Yarış başladıqdan sonra rusiyalı pilotun xətdən kənara çıxaraq Cehan Daravula və Quan Çjou ilə ara məsafəsini açması komandanın buna nail olduğunu göstərir.

“PREMA” komandasının pilotunun aranı bu qədər aça bilməsində trekdə baş verən hadisələrin də rolu olub. “HWA RACELAB” komandasının pilotları Cek Aytken start hissədə yerində fırlanaraq, Alessio Deledda isə trekdən çıxaraq 2-ci döngədən sonra yarışı dayandırmalı olublar.

Felip Druqoviçin araya girməsindən sonra Liam Lauson və Oskar Piastri arasında baş verən toqquşma yarışın 2 dəfə saxlanılması və təhlükəsizlik maşınının müdaxiləsi ilə nəticələnib. Druqoviç qəzasız qurtulsa da toqquşmaya səbəb olduğuna görə ona 10 saniyə gec başlama cəriməsi verilib.

Taking the field right up to the start/finish line, Shwartzman aced the restart with Daruvala and Zhou in tow. The sole change to the top 10 coming from Jüri Vips, who took advantage of Pourchaire’s struggle to warm-up his tyres and snuck ahead for P7.

Trekə start/finiş nöqtəsinədək liderlik edən Şvartsman restartda Daravula və Çjou ilə bir hərəkət edib. İlk onluğa yeganə dəyişiklik Porşarenin bolidin şinlərini isidə bilməməsindən istifadə edən və bununla da 7-ci yerə keçən Yuri Vipsdən gəlib.

Tiktum restart nöqtəsindən sürətini yığaraq 1-ci döngədə öz “Carlin”i ilə “Ralph Boschung”dan önə keçərək 5-ci olub. Bir dövrə sonra isə o, həmin yerdə Markus Armstronqun yerini alaraq 4-cü ola bilib. Bir neçə yer geridə qalan Porçare bolidin şinlərinin istiliyini lazımi hərarətə çatdıraraq 7-ci yeri Vipsin əlindən geri almağı bacarıb.

Çjou Tiktumun sürətli sıxmalarından uzaqlaşmağa cəhd edərək Daravuladan önə keçib və beləliklə “UNI-Virtuosi” komandasının pilotu ikinci yerə yüksəlib. Lakin, Tiktum Daravulanı ötərək “Carlin” pilotundan yarım saniyə geri qalan Çjounu keçsə də, Şvartsmana çata bilməyib.

In the end, the British racer’s move on Zhou looked all too easy, the Carlin sliding ahead for his fourth overtake and almost instantly building up a gap of five-tenths. Despite Ticktum’s pace, Shwartzman proved to be an overtake too far for the Briton, with the PREMA having built up a sturdy 5s buffer.

Sonda britaniyalı pilot Tiktumun Çjouya qarşı olan hərəkəti asan görünsə də, 4-cü dəfə ötməyə çalışan “Carlin” pilotu Çjounu ötərək onunla olan vaxt fərqini 0.5 saniyəyə çıxarıb. Daha sonra Tiktum Şvartsmana hücum edib, lakin Tiktumun yüksək sürətinə baxmayaraq Şvartsman britaniyalı pilotun onu ötməsi üçün yetəri qədər yaxın olmadığını göstərib.

Porşarenin özünə inamı sürətlə artıqca yeni maraqlı məqamlar yaşanıb. “ART Grand Prix” komandasının pilotu ilk öncə Boşunqu ötərək, sonra isə 1-ci döngədə Armstronqu küncə sıxaraq 5-ci ola bilib. Boşunq fransalı pilotu izləyərək 6-cı yerdə qərarlaşıb.

Yarışı 8-ci yerdə tamamlayan Vips son xalları Devid Bekmandan ala bilib. Bent Viskal isə Druqoviçin vaxt penaltisi hesabına 10-cu olub.

Əsas sitat – Robert Şvartsman (“PREMA RACING”)

“İlk dəfədir ki, Bakıdayam və birinci olduğum üçün çox xoşbəxtəm. Sürət çox yaxşı idi, komandaya buna görə təşəkkür edirəm. Belə sürətlə biz yalnız digər iki yarışlarda öz nəticələrimizi inkişaf etdirməliyik. Çalışmağa davam edək və necə olacağını görəcəyik.”

Çempionatın icmalı

Zhou retains his place at the top of the Drivers’ Championship, extending his points’ tally to 78 points, with Pourchaire behind him on 55. Despite his DNF, Piastri is in third on 42 points, ahead of Tick on 50. Shwartzman is up to fifth with 45 points.

Çjou Formula 2 çempionatının təqvimində 78 xalla ilk sırada öz yerini qoruyur, Porşare isə 55 xalla 2-ci yerdədir. Yarışı tamamlamasa da Piastri 42 xalla 3-cüdür. Tiktum 50 xalla 4-cü, Şvartsman isə 45 xalla 5-ci yerdədir.

“UNI-Virtuosi” komandası komandalar arası çempionatında 207 xalla lideridir. “PREMA” komandası 10, “Carlin” komandası isə 20 xalla geridədir. “ART Grand Prix” komandası 71 xalla 4-cü, “Hitech Grand Prix” komandası isə 63 xalla 5-ci yerdədir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə