Danielə təşəkkür etdim - L.Norris

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Monakoda komanda yoldaşı Rikkardoya təşəkkür etmək mənasında əl sallayıb. SİA xəbər verir ki, britaniyalı sürücü komanda yoldaşını dövrəvi keçərkən əl sallamış və əksəriyyət bunu kibirli hərəkət kimi qəbul etmişdi.

Lando Norris: “Monakoda hamı bir-birinin arxasında ilişib qalır. Buna görə də bu barədə danışmaq istəmirəm. Daniel bir dövrə geri qalır deyə utanmamalıdır. Mavi bayraq sallandı və o da yol verdi. Danielin yarış tempi yaxşı idi. Onu keçəndən sonra uzun müddət fərq aça bilmədim. Daniel hazırda boliddə özünü yaxşı hiss etmir. Belə olan halda maşını limitlərdə sürə bilmirsiniz”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə