“Milan”nın müdafiəçisi “Latsio” ilə mqavilə imzalayıb

İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA xəbər verir ki, paytaxt klubu A Seriyasının digər təmsilçisi “Milan”nın müdafiəçisi Mateo Musakkionu transfer edib.

Bu barədə Roma təmsilçisinin rəsmi saytı məlumat yayıb. Transferin detalları açıqlanmayıb.

Qeyd edək ki, Musakkio 2017-ci ildən "Milan"da oynayırdı. O, bu mövsüm A seriyasında cəmi 1 oyuna çıxmışdı. Argentina yığmasının da üzvü olan 30 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində “River Pleyt” və “Vilyarreal” klublarının da uğurları üçün çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə