"Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi

Bu gün İngiltərə Premyer Liqasının ikinci turu çərçivəsində London təmsilçisi "Çelsi" "Liverpul" klubunu qəbul edib. SIA-nın məlumatına görə, oyunun 45+1-ci dəqiqəsində "Çelsi"nin oyunçusu A.Kristensen qırmızı vərəqə alaraq meydançadan qovulub.

İkinci hissədə "Liverpul"un oyunçusu Sadio Mane dubl edərək (50 və 54-cü dəqiqələr) komandasına qələbə qazandırıb.

İngiltərə Premyer Liqasının iki turundan sonra "Liverpul" 6 xalla ikinci pillədə, "Çelsi" isə 3 xalla 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...