Əliyevin formasını geyindiyi “Ufa” Rusiya kubokunda minimal hesabla qalib gəlib

Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinə start verilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Leninqradets”lə qarşılaşıb. “Ximki” bu oyunda minimal hesabla qalib gəlib – 1:0.

Azər də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.

“Ufa” bu qələbə sayəsində üç komandanın yer aldığı 4-cü qrupda liderliyi ələ keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...