"Barselona"dan növbəti xal itkisi

"Barselona"dan növbəti xal itkisi

"Barselona" İspaniya La Liqasında növbəti oyununa çıxıb.

SİA xəbər verir ki, Kataloniya klubu 32-ci turda "Selta"nın qonağı olub. Matç 2:2 hesabı ilə başa çatıb.

"Selta" - "Barselona" - 2:2
Qollar: Suares, 20 (0:1), Smolov, 50 (1:1), Suares, 67 (1:2), Aspas, 88 (2:2)

"Barselona" hazırda 69 xalla 1-ci pillədə qərarlaşıb. Ancaq "Real" sabah qələbə qazanacağı təqdirdə, xalını 71-ə yüksəldəcək və vahid lider olacaq. "Atletiko" isə 55 xalla (31 oyun) 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə