Rakitiç gələcəyi ilə bağlı yekun qərarını verib

Rakitiç gələcəyi ilə bağlı yekun qərarını verib

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç yekun qərarını verib.

SİA xəbər verir ki, Xorvatiya millisinin üzvü heç yerə getmək fikrində deyil.

Rakitiç gələn mövsümü də Kataloniya klubunun heyətində keçirmək qərarına gəlib. Onun xidmətində "Sevilya" və "Yuventus" maraqlı olsa da, 32 yaşlı orta sahə oyunçusu komandasını dəyişməyəcəyini bəyan edib.

Qeyd edək ki, "Sevilya" Rakitiçi azad agent kimi qaytarmaq niyyətindədir. Futbolçu "Barselona"ya 2014-cü ildə məhz əndəlüs klubundan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə