Nazarov Almaniya 2-ci Bundesliqasında növbəti qolunu vurdu

Almaniya 2-ci Bundesliqasında 27-ci tura start verilib.

SİA xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" bu turda "Nürnberg"in qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb. Görüşdə hesabı 51-ci dəqiqədə məhz millimizin oyunçusu açıb.

Qeyd edək ki, "Erzgebirge" hazırda 38 xalla 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, D.Nazarov bundan əvvəlki tur "Sandhausen"lə görüşdə də qol vurmuşdu. O, 5-ci dəqiqədə penaltidən fərqlənmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə