Almaniya 2-ci Bundesliqasında 27-ci tura start verilib.
SİA xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" bu turda "Nürnberg"in qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb. Görüşdə hesabı 51-ci dəqiqədə məhz millimizin oyunçusu açıb.
Qeyd edək ki, "Erzgebirge" hazırda 38 xalla 5-ci pillədə qərarlaşıb.