Elxan Məmmədovun sədrliyi ilə UEFA komitəsinin iclası keçirilib

Elxan Məmmədovun sədrliyi ilə UEFA komitəsinin iclası keçirilib

Bu gün UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) büro iclası keçirilib.

SİA AFFA-nın saytına istinadən xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar iclas videozəng formatında təşkil olunub. İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə