Qvardola postunu tərk edərsə, onu baş məşqçi kimi bu şəxs əvəz edəcək

İngiltərənin “Mançester Siti” klubu baş məşqçi Pep Qvardolanı əvəzləyəcək mütəxəssis axtarışına başlayıb.

SİA xəbər verir ki, ispaniyalı çalışdırıcının klubdan ayrılmaq ehtimalını nəzərə alan “şəhərlilər” 6 nəfərdən ibarət namizədlər siyahısı müəyyənləşdirib.

Siyahıya Fransa millisinin sabiq futbolçusu Patrik Vieyra başçılıq edir. Hazırda vətənində “Nitsa”nı çalışdıran mütəxəssis mançesterlilərin əsas namizədi sayılır.

Qeyd edək ki, Qvardiola İtaliya “Yuventus”unun maraq dairəsindədir. Turinlilər onu Maurisio Sarrinin əvəzinə baş məşqçi təyin etmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...