"Yuventus"un oyunçu və məşqçi heyəti pandemiya zamanı maaşların azaldılmasına razıdırlar

İtaliyanın "Yuventus" futbol klubunun rəhbərliyi oyunçular və məşqçilər ilə koronavirus pandemiyası zamanı maaşların azaldılması üzrə razılığa gəlib.

SİA xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidmətindən bildiriblər.

Futbolçuların illik maaşı 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün ümumi ödənişlərə bərabər olan məbləğə endiriləcək. Razılaşma nəticəsində "Yuventus" 2019/20 mövsümündə təxminən 90 milyon avro qənaət edəcək.

Bildirilir ki, mövsümün başa vurulduğu və ya bərpa olunduğu təqdirdə klub və oyunçular razılaşmanı yenidən nəzərdən keçirəcəklər: "Yuventus" oyunçulara və məşqçilərə hamı üçün çətin zamanda anlayışa görə təşəkkürünü bildirir".

Qeyd edək ki, İtaliya Çempionatı koronavirus pandemiyası səbəbilə mayın 3-dək dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə