Riçard Almeyda BƏƏ-nin çempionatında qol hesabını açdı

Millimizin futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu "Prezident kuboku"nun 1/4 final mərhələsi oyununa çıxıb.

SİA xəbər verir ki, komanda "Şabab Əl-Əhli" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 45+2-ci dəqiqədə məhz Almeyda penaltidən vurub. Bu, onun yeni klubunda ilk qolu olub

Bu qələbə ilə "Baniyas" yarımfinala yüksəlib.

Qeyd edək ki, R.Almeyda qış transfer pəncərəsində "Qarabağ"dan ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin klubuna transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...