Nazim Babayev beynəlxalq turnirdə gümüş medal qazanıb

Fevralın 19-da Avropa çempionu Nazim Babayev Fransanın Lievin şəhərində keçirilən atletika üzrə “Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirində iştirak edib. SİA-nın məlumatına görə, turnirdə üç təkanla tullanma növündə mübarizə aparan idmançımız 17,15 metr nəticə göstərərək ikinci olub. Yarış cari ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün N.Babayev bu nəticə ilə “Tokio 2020” lisenziya qazanıb.

Turnirdə Burkina Fasonu təmsil edən Huques Fabrike Zanqo 17,51 nəticə ilə bütün rəqiblərini qabağlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, N.Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvələrə qaldırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...