"Səbail" "Qəbələ"yə, "Neftçi" isə "Keşlə"yə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Öncə qeyri-sabit mövsüm keçirən iki autsayder komanda - “Səbail” və “Qəbələ” üz-üzə gəlib. Bu görüşdə hesabı əyalət təmsilçisi açsa da, sonda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Turun qapanış matçında isə “Neftçi” digər paytaxt təmsilçisi “Keşlə”ni qəbul edib. Bu oyunda da qapılara 4 qol vurulub və qələbəni meydan sahibləri bayram ediblər.

Ötən gün baş tutan oyunlarda “Qarabağ” səfərdə “Zirə”yə 6:0, “Sabah” isə “Sumqayıt”a 2:1 hesabıyla qalib gəlib.

Azərbaycan Premyer Liqası

17-ci tur

16 fevral

“Səbail” – “Qəbələ” 3:1
Qol: M.Abbasov, 56. R.Əliyev, 70. H.Ekşteyn, 82-pen - N.Raysel, 16.
Qırmızı vərəqə: F.Lopes, 75.

“ASCO Arena”. Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev.

Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 21. Eriko da Silva, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 8. Lema Mabidi, 3. Turan Manafov,30. Murad Qayalı, 97. Bahadur Həziyev, 79. Əli Sadıxov, 45. Kənan Quliyev

Baş məşqçi: Aftandil Hacıyev

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 3. İviça Juniç, 10. Klesio Bauk, 77. Merab Giqauri, 21. Fernan Lopes, 12. Abdelrafik Jerar, 32. Nikolas Raysel, 19. Rövlan Muradov, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 5. Rasim Ramaldanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 55. İdris İnqilablı, 27. Samir Məhərrəmli

Baş məşqçi: Azər Bağırov

“Neftçi” – “Keşlə” 3:1
Qol: B.Dabo, 11. M.Mbodj, 17. S.Monroz, 58 - S.M.Kolli, 53-pen.

“Bakcell Arena”. Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev.

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 28. Stiven Monroz, 77. Donald Gerye, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 10. Dario Federiko, 11. Evangelos Platellas, 6. Voyislav Stankoviç, 26. Ömər Buludov, 55. İbrahim Əliyev, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı

Baş məşqçi: Füzuli Məmmədov

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 42. Aleksandr Kristovao, 30. Şahrux Qadoyev, 7. Tural Bayramlı

Ehtiyat oyunçular: 57. Əkpər Vəliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 9. Lorenzo Frutos, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov

Baş məşqçi: Tərlan Əhmədov

Bütün xəbərlər Facebook səhifəmizdə