Aerobika üzrə dünya çempionatının səfirləri müəyyənləşib

Mayın 14-16-da Bakıda təşkil ediləcək aerobika gimnastikası üzrə dünya çempionatının səfirləri müəyyənləşib. SİA-nın məlumatına görə, bu dəfə dünya çempionatı üçün 1 deyil məhz 2 səfir seçilib. Bunlar əfsanəvi aerobika çempionları dünya çempionatının dördqat qalibləri Vladislav Oskner (Rusiya) və Oana Karina Konstantindir (Rumıniya).

Aerobika gimnastikası üzrə dünya çempionatı Azərbaycanda ilk dəfə keçiriləcək. İlkin siyahıya əsasən, yarışda 36 ölkədən 491 gimnastın iştirakı gözlənilir.

Milli Gimnastika Arenasında üç gün davam edəcək çempionatda idmançılar qadınlar və kişilər arasında fərdi proqramda, qarışıq cütlüklər, trio, qrup, eləcə də aerodans və aerostep proqramlarında çıxış edəcəklər. Qaydalara əsasən, bir idmançı maksimum üç proqramda çıxış edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə