Bu futbolçunun “Barselona”ya keçidi baş tutmadı

“Real Sosyedad”ın futbolçusu Villian Jozeni “Barselona”ya keçidi baş tutmayıb. “AS” nəşrinin yazdığına görə, Kataloniya klubu bu transferdən imtina edib. “Rea Sosyedad”ın braziliyalı hücumçuya yüksək qiymət qoyması “Barsa”nı tranfer fikrindən daşındırıb.
Tərəflər əvvəlcə 35 milyon avroya razılaşsalar da, daha sonra “Real Sosyedad” 50 milyon avro istəyib. Qeyd edək ki, hücumçular Suares və Dembele zədələndiyi üçün “Barselona” ön xəttə futbolçu axtarışındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...