XV turunun oyunlarının təqvimi müəyyənləşib Azərbaycan Premyer Liqası

Fevralın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının XV turuna start veriləcək. SİA-nın məlumatına görə, iki günü əhatə edəcək turun açılış matçında “Zirə” və “Sabah” komandaları görüşəcəklər. Matç saat 15:00-da başlayacaq.

Günün ikinci görüşü həmin oynanılacaq “Neftçi” - “Sumqayıt” matçı olacaq. “Bakcell Arena”da təşkil olunacaq qarşılaşma saat 17:30-da start götürəcək.

Turun üçüncü oyunu fevralın 2-də oynanılacaq. “Qəbələ” komandası doğma meydanda “Keşlə”ni qəbul edəcək. Matç saat 15:00-da başlayacaq. Premyer Liqanın XV turuna həmin gün saat 17:30-da başlayacaq “Səbail” - “Qarabağ” matçı ilə yekun vurulacaq.

Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

On dörd turdan sonra turnir cədvəlinə 31 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 25 xalı olan “Neftçi” ikinci, 23 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (18), “Zirə” (17), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə